Suriyadakı kürdlər silahı yerə qoymurlar | VİDEO

   Suriyadakı kürdlər silahı yerə qoymurlar     | VİDEO
  18 İyul 2025    Oxunub:777
Suriyanın şimalındakı kürd qüvvələrinin tərksilahdan imtina edəcəyi təqdirdə, Türkiyə, hərbi plan da daxil olmaqla, müxtəlif fəaliyyət planları hazırlayıb.
AzVision.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, PKK və Xalq Müdafiə dəstələrinin (YPG) birləşmələri əsasında qurulan Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Məzlum Abdi Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şaraa ilə mart ayında imzalanmış müqavilənin şərtlərini yerinə yetirmir.

Həmin plana əsasən, SDQ döyüşçüləri Suriyanın keçid hökumətinin Silahlı qüvvələrinə daxil edilməlidir.

“Suriyada qeyri-sabitlik şəraitində PKK və YPG ilə birgə SDQ qüvvələri silahlarını təhvil verməyəcək. Türkiyənin müxtəlif risklərlə bağlı fəaliyyət planları var. Suriyanın parçalanmasına və bölgənin (şimalda) SDQ/PKK/YPG-nin nəzarətinə keçməsinə imkan verməyəcək”, - qəzetin Əbdülqədir Selvi vurğulayır.

Suraiyada gərginlik səngimir
Onun sözlərinə görə, Türkiyə Suriyada ərazi bütövlüyünün və sabitliyin təmin olunmasının tərəfdarıdır. Kürd qüvvələrinin tərksilah edilməsi və Dəməşqin yeni administrasiyası sisteminə inteqrasiyası məsələsində Ankara Vaşiqntonla əməkdaşlıq edir və “strateji səbir” siyasəti yürüdür.

- Əgər bu nəticə verməsə və SDQ/PKK/YPG tərksilah yolu ilə getməsə, hərbi variantdan istifadə olunacaq”, - şərhçi bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-də Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şaraa ilə telefon danışığında Suriyanın ərazi bütövlüyünü və ölkədaxili birliyini dəstəklədiyini bəyan edib. Türkiyənin Müdafiə nazirliyi isə qeyd edib ki, belə bir müraciət olarsa, Dəməşqə müdafiə qabiliyyətinin gücləndirilməsi və terrorla mübarizədə köməklik göstərməyə hazırdır.

Xatırladaq ki, son günlər Suriyanın cənubundakı Əs-Suveyda bölgəsində şiddətli hərbi toqquşmalar yaşanır. Regiondakı druzların təhlükəsizliyinin təminatına çalışdığını iddia edən İsrail ordusu bu bölgəyə, Suriyanın hökumət qoşunlarına və hətta Suriya ordusunun Baş Qərargahına hava zərbələri endirib.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   SDQ   tərksilah  



Xəbər lenti